BERNAMA agentliyi: Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır

A- A A+

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycanın Qarabağ regionunun iqlim və relyefinin müxtəlif turizm məhsullarının inkişafına imkan yaratması barədə məlumat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Malayziya agentliyi Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmitə istinadla məlumat verib. Qeyd edilir ki, həmin sözləri baş icraçı direktor yeni “WhereisKarabakh.com” (“Qarabağ harada yerləşir?”) platformasının istifadəyə verilməsi ilə bağlı danışarkən deyib. F.Zenqstşmitin sözlərini sitat gətirən agentlik yazıb: “Bu möhtəşəm regionun zəngin tarixi, mədəni abidələri və təbiəti haqqında məlumatları bütün dünyaya çatdırmaq mühüm əhəmiyyət kəsb edir. “WhereisKarabakh.com” veb-saytının yaradılması da məhz bu missiyanı daşıyır”.

Bildirilir ki, platformanın yaradılmasında məqsəd dünyaya yalnız Qarabağın coğrafi olaraq harada yerləşdiyini göstərmək yox, həmçinin bu regionun tarixini, mədəniyyətini, eləcə də gəzməli-görməli yerlərini düzgün formada çatdırmaqdan ibarətdir.

İstifadəçilər sadə interfeysi olan veb-sayta daxil olduqdan sonra dünya xəritəsindən istənilən ölkəni seçərək buradan Qarabağa olan məsafəni görə, eləcə də “Qarabağ” toponiminin mənşəyi, regionun tarixi, abidələri, görkəmli şəxsləri, muğam və xalçaçılıq sənəti, Qarabağ atları və təbiəti haqqında məlumatlar əldə edə bilərlər.

Qeyd edilir ki, informasiyalar pəncərəsində veb-sayt ziyarətçilərinin daha ətraflı məlumatlar almaları üçün isə “Azerbaijan.travel” platformasının Qarabağla bağlı səhifəsinə keçid etmək təklif olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: