“Xəmsənin sehrli rəngləri” adlı rəsm müsabiqəsi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Xəmsənin sehrli rəngləri” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Tədbirdə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rəşad Xudiyev bildirib ki, klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş müsabiqənin keçirilməsində məqsəd gənc nəsli Nizami Gəncəvi yaradıcılığı ilə yaxından tanış etməkdən ibarətdir. Eyni zamanda onlarda klassik irsə məhəbbət hissi aşılamaq, dahi şairin “Xəmsə”sinin süjetləri əsasında orta əsr Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri - tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir.
Sonra 25 nəfərin qatıldığı rəsm müsabiqəsinə start verilib. Rəsm müsabiqəsində iştirak edən dərnək üzvləri çəkdikləri rəsmlərlə Nizami yaradıcılığı haqqında təxəyyüllərini kağız üzərinə köçürüblər. Bir- birindən maraqlı rəsmlər yeniyetmə və gənclərin istedadını nümayiş etdirib.
Sonda tədbir müddətində çəkilmiş rəsm əsərlərinin sərgisi təşkil olunub və qaliblər müəyyənləşdirilib.
Adilə Səfərova