Özbəkistanın xəbər portalında Şuşa toyları haqqında məqalə yerləşdirilib

A- A A+

Özbəkistanın “nargis.uz” portalı qədim Şuşa şəhərinin toy ənənələri və mərasimləri haqqında rus dilində məqalə çap edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bütün Azərbaycanda olduğu kimi, Şuşada da toylar üç mərhələyə-toyqabağı, toy və toydan sonrakı mərhələyə bölünür və materialda bu haqda ətraflı məlumat verilir.

Bildirilir ki, Şuşanın qışı soyuq olduğundan toy əsasən Novruz günlərində, yay aylarında və payızın əvvəllərində keçirilib. Şuşa toylarında tanınmış xanəndələr, müğənnilər iştirak edib, ona görə də bu qədim şəhərin toyları ümumxalq bayramına çevrilib və hər toy böyük konserti xatırladıb. Keçən əsrin əvvəlləri və ortalarında toylarda Hacı Hüsü, Məşədi İsi, Şahnaz Abbas, Keçəçioğlu Məhəmməd, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski və digər tanınmış xanəndələr oxuyub.

Materialda vurğulanır ki, toy sahibinin maddi vəziyyətindən və qonaqların sayından asılı olaraq toylar 3,7,14, 21 və bəzi hallarda 40 gün çəkərmiş.

Adətən toyun birinci günü “Rast”, ikinci günü “Çahargah”, o biri günlər “Şur”,”Segah”, “Bayatı-İsfahan”,”Rahab” və “Şüştər” muğamları oxunarmış. Toy günləri poeziya axşamları da keçirilər, belə məclislərdə qəzəllər, dastanlar, rübailər səslənərmiş.

Sonuncu Qarabağ xanı Mehdiqulu Xanın qızı şairə Natəvan öz oğlu üçün 40 gün toy çaldırıb. Bu toy sözün əsl mənasında musiqi, poeziya və rəqs festivalı kimi tarixə düşüb. Məclisdə Azərbaycanın hər yerindən, o cümlədən Türkiyə, İran, Rusiya, Gürcüstandan musiqiçilər və qonaqlar iştirak edib. Natəvanın tapşırığı ilə 40 gün ərzində şəhər sakinlərinə və yaxın kəndlərdə yaşayanlara plov paylanıb, hədiyyələr verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: