Almaniyalı məşhur türkoloq Tomas Vayberq dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli haqqında məqalə dərc etdirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, materialda bəstəkarın tərcümeyi-halı barədə qısa məlumat verən müəllif daha sonra Şuşa haqqında söhbət açır və qeyd edir ki, Üzeyir Hacıbəylinin anası şairə Xurşidbanu Natəvan ilə bir yerdə böyüyüb.
Almaniyalı alim yazır: “Mən opera sənətinin sərrafı kimi deyə bilərəm ki, Hacıbəyli yaradıcılığının öyrənilməsinə sərf etdiyim illər ərzində onun melodiyalarının pərəstişkarına çevrilmişəm, Azərbaycan musiqisinin gözəlliyini özüm üçün kəşf etmişəm”.
Qarabağda Şuşa ətrafındakı bölgə ta qədimdən Azərbaycan mədəniyyətinin ən mühüm mərkəzlərindən biri sayılır və bu baxımdan poeziya, musiqi xüsusi rol oynayır. Vayberq yazır ki, çox vaxt “Qafqazın konservatoriyası” adlandırılan Şuşa 1990-cı illərin əvvəlində ermənilər tərəfindən başlanmış müharibə zamanı vəhşicəsinə dağıdılıb.
Müəllif məqalənin sonunda yazır: “İndi isə ilk dəfə 1912-ci ildə Bakıda səhnəyə qoyulmuş “Leyli və Məcnun” operasının videoyazısını təqdim edirik”. Bu sözlərdən sonra “YouTube” videoportalında həmin videoyazının linki yerləşdirilib.