Türkiyədə dərc edilən “Yerli düşüncə” jurnalının xüsusi buraxılışı İkinci Qarabağ müharibəsinə həsr olunub
Türkiyədə nəşr olunan “Yerli düşüncə” jurnalı fəaliyyətinin yeddinci ilində xüsusi buraxılışını İkinci Qarabağ müharibəsinə həsr edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hər ay müxtəlif sahələrə aid mütəxəssis yazıları, reportajlar, aktual mövzularda zəngin məzmunlu məqalələrlə çıxış edən jurnalın hazırkı buraxılışında Ermənistanın hücumları ilə başlayıb, Azərbaycanın qələbəsi ilə sona çatan İkinci Qarabağ müharibəsini əhatə edən geniş səpkili materiallar dərc olunub.
Jurnalda Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimin geniş müsahibəsi ilə yanaşı, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçunun, Türkiyənin Bakıdakı səfiri Erkan Özoralın, general-mayor Yücel Karauzun, Milli Məclisin deputatı Sona Əliyevanın, professor Ertuğrul Yamanın, Kamal Öztürkün, Servet Avşarın, Fatma Sönmezin, yazıçı Metin Sakınçın və yazıçı-jurnalist Şəhla Aslanın məqalələri yer alıb.
Qeyd edək ki, jurnalın fəxri prezidenti Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, baş redaktoru Türkiyə Böyük Millət Məclisinin üzvü Metin Gündoğdudur.