İraq mətbuatı 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunmasını geniş işıqlandırır

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunması barədə imzaladığı Sərəncam İraq mətbuatında geniş işıqlandırılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İraqın “Əl-Sabah” qəzetində, “blogspot”, “ashourland” və başqa saytlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə, poeziyasına qayğı ilə yanaşdığı və bu sahələri təmsil edən görkəmli şəxsləri daim diqqət mərkəzində saxladığı vurğulanır.

Materiallarda qeyd olunur ki, Nizami Gəncəvi təkcə Azərbaycanın deyil, bütövlükdə İslam aləminin görkəmli filosof şairidir. Onun yaradıcılığı əsrlər boyu insanların yaddaşından silinməyəcək. Dahi şair öz poeziyası ilə insanlara doğru gələcəyin yolunu göstərir, onları saf, pak olmağa çağırır.

Məqalələrdə Nizami Gəncəvinin əsərlərinin poetik, emosional təsirindən və digər məziyyətlərindən də bəhs olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: