Dünyada hər 15 gündə bir xalqın dili yoxa çıxır - YUNESKO

A- A A+

Dünyada mövcud olan dillərdən təxminən 2 500-ü yox olma təhlükəsi ilə üz-üzədir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Türkiyənin YUNESKO yanında Milli Komissiyasının (UTMK) İdarə Heyətinin sədri, professor Ocal Oğuz məlumat verib.

"Dünyada təxminən 7 min dil mövcuddur. Onların arasında təxminən 2 500 dil yox olma təhlükəsi ilə üz-üzədir, çünki çox məhdud sayda insan onlardan istifadə edir", - Oğuz qeyd edib.

Onun sözlərinə görə, mövcud statistikaya və məlumatlara əsasən, dünyada hər 15 gün ərzində bu dillərdən biri yox olur.

Oğuz bildirib ki, dillərin yox olma təhlükəsi son onilliklər ərzində dünyada sosial, siyasi və iqtisadi dəyişikliklərə görə artıb. Hazırda 200 dildə danışan insanları tapmaq çətindir. 1950-ci ildən 250-dən çox dil yoxa çıxıb.

"YUNESKO-nun dillər atlası bununla bağlı təhlükəli vəziyyəti əks etdirir. Yox olma təhlükəsi ilə üzləşən dillərin əsas hissəsi 10 mindən az insanın danışdığı dillərdir”, - Oğuz qeyd edib.

Xatırladaq ki, 2000-ci ildən etibarən 21 fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: