NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin tablosu Londondakı hərracda 7 milyon funt sterlinqə satılıb.
Oskar mükafatlı amerikalı aktrisa Angelina Coli tərəfindən 2011-ci ildə alınan tablo hərracda 7 milyon funt sterlinqə satılıb. Rəsmi alan şəxs və ya qurum açıqlanmayıb.
Tablo İkinci Dünya müharibəsi zamanı 1943-cü ildə Mərakeşdə keçirilmiş konfrans zamanı çəkilib. “Koutoubia Məscidinin qalası" adlanan tablo Mərakeş şəhərində qürub çağını əks etdirir. Çörçil konfransdan bir gün sonra şəhərdə qalaraq ABŞ-ın o zamankı prezidenti Franklin Ruzveltə ad günü hədiyyəsi olaraq göndərib.
Qeyd edək ki, Uinston Çörçillin rəsmləri əvvəllər maksimum 1,8 milyon funt-sterlinqə satılıb.