"Burla Xatun” tamaşası onlayn nümayiş olunub - FOTOLAR

A- A A+

Bu gün  Milli Teatrımızın yaranmasından 148 il ötür. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq şairi Nəbi Xəzrinin “Burla Xatun” mənzum pyesi onlayn formada tamaşaçılara təqdim olunub.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, rejissor assistenti Azərbaycan Respublikasının  Əməkdar artisti  Bəhruz Haxverdiyevdir.

Qeyd edək ki, onlayn tamaşa Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, eləcə də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sosial şəbəkə hesablarında  canlı yayımlanıb.

 

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: