Özbəkistan portalı: Xudafərin körpüsünün fotosu ABŞ-ın “National Geographic” jurnalının “Instagram” səhifəsində

A- A A+

Özbəkistanin “interfax.uz” portalı 180 milyon oxucusu olan Amerika Birləşmiş Ştatlarının “National Geographic” jurnalının “Instagram” səhifəsində Xudafərin körpüsünün fotosunun və bununla bağlı materialın dərci haqqında məqalə verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fotonun müəllifi tanınmış foroqraf Rəna Əfəndidir. Qeyd olunur ki, Xudafərin körpüsü Ermənistanın işğalından azad edilən Cəbrayıl rayonunun ərazisindədir. Cəbrayıl rayonundan əlavə daha altı rayon keçən ilə kimi Ermənistanın işğalı altında olub.

Bildirilir ki, Xudafərin körpüsü XII əsrdə Azərbaycan-İran sərhədində, Araz çayı üzərində inşa olunub.

Vurğulanır ki, fotoya əlavə edilən mətndə Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir, Azərbaycan ərazilərinin 20 faizinin 28 il əvvəl Ermənistan tərəfdən işğal olunduğu bildirilir.

Bundan əvvəl “National Geographic” jurnalının “Instagram” səhifəsində azad edilən Ağdam rayonundakı dağıdılan məscidin fotoları yayılıb, Ağdan rayonu haqqında məlumat verilib.

“National Geographic” jurnalında Rəna Əfəndinin Ağdam, Qubadlı, Füzuli, Kəlbəcər rayonları haqqında fotoreportajı da verilib. “Mənim evimin öz yerində qalıb-qalmadığını belə bilmirəm” sərlövhəli fotoreportajda Birinci Qarabağ müharibəsi nəticəsində qovulan azərbaycanlıların ağır həyatı haqqında söhbət açılır.

Materialda erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalının nəticələrini, ermənilərin yandırdığı torpaqların azad olunmasını gözləyən köçkünlərin yorğun simalarını, azad olunan rayonlardakı kütləvi dağıntıları əks etdirən fotolar da yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: