Günün şeiri–Bu bahar bir başqa bahar

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan Dövlət Radiosunun əməkdaşı Təranə Arifqızının "Sevdim bu xoşbəxt rəqəmi..." adlı şeirini təqdim edir:

Bu bahar bir başqa bahar,

Novruz təzə-tər kimidir.

Qarabağa ayaq qoyan

İğid oğul, ər kimidir.

 

Bu bahar bir başqa bahar,

İçində Qarabağ ətri var,

Azadlıq bayram çöçəsi,

Nə gözəl qoğal ətri var.

 

Bu bahar bir başqa bahar,

Çatılır tonqal Şuşada.

Dərdimizi yandırmışıq,

Çəkilir manqal Şuşada…

 

Bu bahar bir başqa bahar,

Xarıbülbül düzdə açıb.

Kökü Cıdır düzündədir,

Çiçəkləri bizdə açıb…

 

Bu bahar bir başqa bahar,

Ağ gün doğub yığvalına. (taleyinə)

Məhzun gözlü Ağdamımın

Tələsirəm xoş çağına…

 

Bu bahar bir başqa bahar,

Cıdırda bayram odu var…

Hər saçılan qığılcımda

Nurüzlü şəhid adı var…

 

Bu bahar bir başqa bahar,

O gözəl vədə, bu vədə…

Daha hər sözün sonunda

Demirəm, gələn il bu vədə…

 

Bu bahar bir başqa bahar,

Əsrin adı iyirmi bir.

Bu gün martın iyirmi biri,

İl iki min iyirmi bir…

 

Bu bahar bir başqa bahar,

Uğurludu bəxt rəqəmi…

Azadlığın rəmzi kimi

Sevdim bu xoşbəxt rəqəmi…

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: