TÜRKSOY-un rəhbər heyəti Türkiyə parlamentinin sədrini Novruz bayramı münasibətilə təbrik edib

A- A A+

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) rəhbər heyəti Novruz bayramı münasibətilə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu ziyarət edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə parlamentində keçirilən görüşdə TÜRKSOY-un fəaliyyətindən bəhs olunub, quruma üzv ölkələrin milli ənənələrini, eləcə də ortaq mədəniyyəti yaşatmağın vacibliyi yüksək dəyərləndirilib.

Qarşılıqlı bayramlaşmadan sonra söhbət əsasında Mustafa Şentop bildirib ki, Novruz xalqlarımızı bir-birinə möhkəm tellərlə bağlayan, əcdadlarımızdan bizlərə miras qalan ortaq dəyərlərimizi gələcək nəsillərə daşıyan bolluq və bərəkət bayramıdır.

TÜRKSOY-un fəaliyyəti və perspektivləri barədə məlumat verən Baş katib Düsen Kaseinov Novruz bayramı başda olmaqla türk dünyasının ortaq mədəniyyətinin dünyada tanıtdırılması istiqamətində görülən işlərə verilən dəstəyə görə Türkiyə parlamentinin sədrinə səmimi təşəkkürünü ifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: