Fikrət Əmirovun “Min bir gecə” baletinin videoversiyası üzərində tamamlama işləri yekunlaşıb - FOTOLAR

A- A A+

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin Mariinski Teatrı tərəfindən videoversiyası üzərində tamamlama işləri yekunlaşıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 20 milyon izləyicisi olan Mariinski TV platformasında nümayişi planlaşdırılan balet bu ilin yanvarında Mariinski Teatrının yeni səhnəsində ifası zamanı lentə alınıb. Tamaşalarda Mariinski Teatrının simfonik orkestri və xoruna Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, respublikanın Əməkdar artisti Əyyub Quliyev rəhbərlik edib.

“Min bir gecə” baletinin yeni quruluşunun müəllifi və quruluşçu baletmeysteri Eldar Əliyev (ABŞ), quruluşçu-rəssamı Petr Okunev (Rusiya), işıq üzrə rəssamı Sergey Martınov (Rusiya) və videorəssamı Vadim Dulenkodur (Rusiya). Tamaşanın ideya müəllifi və rəhbəri Mariinski Teatrının direktoru və bədii rəhbəri, dünya şöhrətli dirijor Valeri Gergievdir. Maestro Valery Gergiev yanvarda Mariinski Teatrının Primorski səhnəsinin qastrol səfəri zamanı baleti izləyərək ona yüksək qiymət verib və onu teatrın repertuarına daxil etməyi təklif edib.

Əsərdə əsas rolları isə Anna Samostrelova, Renata Şakirova (Şəhrizad), Sergey Umanets, Kanat Nadırbek (Şəhriyar), Denis Qolov, Gilermo Junio və digərləri ifa ediblər. Əsərdə tar partiyasını Azərbaycan Dövlət Opera Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər.

Qeyd etmək lazımdır ki, Mariinski Teatrı Rusiya və dünyanın ən möhtəşəm sənət məbədlərindən biridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: