İndoneziya KİV-ləri dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş məqalə yayıb - FOTOLAR

A- A A+

İndoneziyanın nüfuzlu “Minanews”, “akurat”, “gpriority”, “wartapenanews” saytlarında “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Gəncə şöbəsinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynovanın “Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyalar” məqaləsi yayımlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə müəllif ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizaminin ölməz ideyalarının öz dövrünü xeyli qabaqladığını, “Xəmsə”sinə daxil olan poemalarının özündə Şərq poeziyasının, ən əsası türk poeziyasının mədəniyyət tarixində yeni səhifə açdığını, misilsizlik qazanan poemaların Yaxın və Orta Şərq ədəbiyyatının və incəsənətinin inkişafına böyük təsir göstərdiyini, bunun günümüzə qədər davam etdiyini vurğulayıb. Türk poeziyasının bir çox klassikləri üçün tükənməz ilham mənbəyi olmuş Nizaminin “Xəmsə”sinə çoxlu nəzirələrin yazıldığını, bu nəzirələrin görkəmli türk şairləri Əbdürrəhman Caminin, Əlişir Nəvainin, Xosrov Dəhləvinin və başqa klassiklər tərəfindən də yazıldığını xatırladıb. Nizami Gəncəvinin Gəncədə doğularaq, yaşayıb-yaratmasına baxmayaraq, bəşəriyyət şairi, mütəfəkkiri, filosofu olduğunu qeyd edən müəllif onun “Xəmsə”sinə daxil olan poemaları üzərindən təhlil apararaq, böyük şairin hər əsərində Azərbaycan, o cümlədən türk dünyasının adət-ənənələrinə, folkloruna, əxlaq dünyasına tükənməz sevgisini, məhəbbətini qeyd edib. Habelə Nizaminin əsərlərində türk qadınına yüksək qiymət verdiyini, Fitnə, Şirin, Nüşabə, Azadə kimi qadın qəhrəmanlarına diqqət çəkərək, türk qadınının ağlına, sədaqətinə, fədakarlığına, ismətinə dair dərin miras buraxdığını bildirib. Nizami Gəncəvi yaradıcılığında keçmişlə gələcəyin vəhdət təşkil etdiyini bildirən müəllif onun əsərlərinin bütün dünya poeziyasına “Nizami” möhürünü vurduğunu yazıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: