Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə xalq artistinin həyat yoldaşı Güllü Hüseynova deyib.
O, Rafiq Hüseynovun bir qədər əvvəl vəfat etdiyini deyib.
Qeyd edək ki, Rafiq Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.