Qədim Qaladibi abidəsi

A- A A+

Naxçıvan qədim tarixə malikdir. Burada ilk insan məskəni olan mağaralar, möhtəşəm qalalar, qədim yaşayış yerlərinin olması dediklərimizə əyani sübutdur. Qədim tarixə malik arxeoloji abidələrimizdən biri də Şahbuz rayonunun Kükü kəndində yerləşən Qaladibidir. Qala hündür qayalığın ətəyində saxlanmışdır. O, şimal tərəfdən təbii qayalıqla əhatə olunub, şimal, cənub və qərb tərəfdən isə iri daşlardan hörülmüş müdafiə divarı ilə möhkəmləndirilib. Qala divarının tikintisində düzbucaqlı çıxıntılardan və rizalitlərdən istifadə edilibdir. Bu tip tikinti texnikası inkişaf etmiş Dəmir dövrü üçün xarakterikdir. Qalanın içərisində daşdan inşa olunmuş dördkünc formalı binaların qalıqları saxlanılıbdır. Tədqiqat zamanı aşkar olunan arxeoloji materiallar çəhrayı rəngli keramika parçalarından ibarət olub. Erkən antik dövr üçün xarakterikdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq çəhrayı rəngdə yaxşı bişirilibdir.

Mənbə: “Naxçıvan Abidələri” Ensiklopediyası

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: