Muxtar respublikada “Xalq yaradıcılığı günləri”nə start verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 9 fevral tarixli Sərəncamından sonra muxtar respublikanın bütün bölgələrində və Naxçıvan şəhərində ənənəvi “Xalq yaradıcılığı günləri” keçirilməkdədir.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu ilin aprel-oktyabr aylarında keçirilməsi nəzərdə tutulan “Xalq yaradıcılığı günləri”ndə rayon (şəhər) Mədəniyyət şöbələrinin tabeliyindəki klub müəssisələri əməkdaşlarının, eləcə də mədəniyyət müəssisələrinin yaradıcı kollektivlərinin iştirakı ilə xalq sənəti və folklor nümunələrinin, milli rəqs və mahnı sənətimizin geniş şəkildə təbliği, böyüməkdə olan gənc nəslə aşılanması məqsədilə mövcud pandemiyanın doğurduğu sosial vəziyyət nəzərə alınaraq, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişlər aparılacaq.

İlk olaraq Şərur rayonunda başlanan çəkilişlər, Ordubad, Kəngərli, Sədərək, Şahbuz, Babək rayonlarında və Naxçıvan şəhərində davam etdiriləcək. “Xalq yaradıcılığı günləri” ilə bağlı sonuncu çəkilişlər bu ilin oktyabr ayında Culfa rayonunda aparılacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: