Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov dünyasını dəyişib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə sosial şəbəkədəki hesabında şair, ədəbiyyatşünas, professor Vüqar Əhməd yazıb.
V.Əhməd bildirib: "Üç saat öncə danışdım. Dedi ki, Vüqar, yaxşı olacam. Heyf. Özümə gələ bilmirəm. Allah rəhmət eləsin".
Qeyd edək ki, B.Əşrəfov bir müddət əvvəl yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və öz evində müalicə alırdı.