Bu il Niderlandda keçiriləcək "Avroviziya" mahnı müsabiqəsinə maksimum 3,5 min tamaşaçı buraxılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi "TASS"a istinadən xəbər verir ki, bu barədə təşkilatçıların saytında yerləşdirilən bəyanatda deyilir.
Bəyanatda bildirilir: "Rotterdamdakı "Ahoy" konsert zalına maksimum 3,5 min tamaşaçı buraxılacaq, bu isə konsert zalının tutumunun 20 faizidir. Biletlər yalnız 2020-ci ildə şouya uğurla bilet əldə edənlər üçün olacaq. Geniş kütləyə bilet satışı olmayacaq".
Qeyd edilir ki, söhbət tamaşaçıların final, iki yarımfinal və altı repetisiyaya buraxılmasından gedir.