Şərqdən doğan ədəbiyyat günəşi Nizami Gəncəvi – 880

335

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, eyniadlı  virtual sərgi Bölmənin Elmi Kitabxanasında  Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə təşkil olunub.

“Şərqdən doğan ədəbiyyat günəşi Nizami Gəncəvi – 880” başlıqlı virtual  sərgi görkəmli şairin yaradıcılığına maraq göstərən hər kəs üçün faydalı ola bilər. Burada Nizami Gəncəvinin əsərləri, müdrik kəlamları ilə yanaşı, onun həyat və yaradıcılığından bəhs edən kitablar, mətbuatda dərc olunan məqalələr, tanınmış şəxsiyyətlərin Nizami haqqında söylədiyi fikirlər və başqa materiallar nümayiş olunur.

Sərgi ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

Link

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: