Naxçıvanda ötən ay 100 əl işi satılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzinə yeni əl işləri təqdim edilir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən satış mərkəzi on üç ildir ki, yerli və xarici qonaqların həvəslə üz tutduğu bir ünvana çevrilib.
Mərkəzdə toxuma, tikmə, rəsm əsərləri, ağac üzərində yandırma, ağac üzərində oyma, mis üzərində döymə, dekorativ sənət nümunələri, bəzək əşyaları nümayiş etdirilir. Eyni zamanda Naxçıvan tarixini, mədəniyyətini, mətbəxini əks etdirən kitabların da satışı həyata keçirilir. Satış mərkəzindəki “Arşın mal alan” filmindən motivlər də yeni əl işləri sırasına daxil edilib.
Qeyd edək ki, ötən ay satış mərkəzində 100 əl işi satılıb.
Hafizə Əliyeva