Qarabağ səmasında, Şuşada atəşfəşanlıq - FOTOLAR
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra mayın 12-də yenə doğmalarını, qonaqlarını qarşılayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirak etdikləri, Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalı çərçivəsində möhtəşəm atəşfəşanlıq olub.
Festival iştirakçıları Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr ediblər.
Həmçinin Şuşanın əzəmətli qala divarlarında Azərbaycanın üçrəngli bayrağı proyeksiya olunub. Festival iştirakçıları bu mənzərəni də qürurla izləyiblər.