Naxçıvan Dövlət Universitetində “Muğam axşamı” keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “İncəsənət” fakültəsində müəllim və tələbələrin iştirakı ilə keçirilən “Muğam axşamı”nı ali təhsil ocağının “Xalq çalğı alətləri” kafedrasının müəllim və tələbələri müşayiət edib.

Konsert “Rahab” rəngi musiqisi ilə açılıb. Bundan əlavə konsertdə “Bayatı-Şiraz”, “Şur”, “Segah”, “Mahur”, “Vilayəti”, “Dilkeş”, “Çahargah” təsnifləri ifa edilib.

Bu kimi tədbirlərin universitetdə muğam ifaçılığı sarıdan qazanılan təcrübəni yüksək qiymətləndirən  rektor Elbrus İsayev konsertdə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, tələbə və müəllimləri təbrik edib.

Musiqili tədbirin sonunda muğam axşamına dəvət edilən qonaqlar konsertlə bağlı öz təəssüratlarını bildiriblər.

Etibar Dərbəndəliyev

“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: