NMİ tələbələrinin Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş rəsm sərgisi keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Nizami Gəncəvi obrazı və yaradıcılığı rənglərin işığında” mövzusunda rəsm sərgisi  keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə İnstitutun rektoru Azad Novruzov  tələbələrin yaradıcılığında bu mövzunun bədii əksini, Nizami yaradıcılığına həsr etdikləri illüstrasiyaları, tematik tabloları yüksək qiymətləndirib, bundan sonrakı fəaliyyətlərində onlara uğurlar arzulayıb.

İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar rəssam Həbibə Allahverdiyeva çıxışında bildirib ki, sərginin təşkilində  məqsəd “Nizami Gəncəvi ili” çərçivəsində tələbələrə  qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin daha yaxından tanıdılması, eləcə də istedadlı tələbələrin yaradıcılıq qabilliyətlərini nümayiş etdirmələrinə  şərait yaratmaqdır.

Tədbirdə tələbələrin canlandırdığı Nizami obrazı və “Yeddi gözəl” poemasından hazırlanmış kompozisiyalarda teatr dekorasiya nümunələri və yaradılmış obrazlar iştirakçılar tərəfindən maraqla izlənilib.

Sonra sərgiyə baxış olub. Sərgidə tələbələrin 30-a yaxın əsəri nümayiş olunub. Rəsm əsərlərində  təsviri incəsənətin müxtəlif janrlarında –həm rəngkarlıq və qrafika, həm də dekorativ tətbiqi sənət nümunələri yer alıb.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: