“Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin finalına start verilib

A- A A+

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmada təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə birincilik uğrunda mübarizə aparır.

Müsabiqədə ümumilikdə 39 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 18-də və 20-də keçirilib.

Müsabiqənin birinci yarımfinalında çıxış edən Azərbaycan təmsilçisi ilə yanaşı, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukraynadan olan iştirakçılar birinci yarımfinaldan qalib ayrılıblar.

İkinci yarımfinaldan isə Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiya təmsilçiləri final mərhələsinə adlayıblar.

Beləliklə, final mərhələsində Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Böyük Britaniya, İspaniya, Almaniya, Fransa, İtaliya və ev sahibi Niderland təmsil olunacaq.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə sayca 65-ci dəfədir təşkil edilir. Ötən il “Avroviziya” mahnı müsabiqəsi pandemiya səbəbindən təxirə salınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: