“Avroviziya-2021”in qalibi İtaliya olub

A- A A+

Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmada İtaliya təmsilçisi “Maneskin” qrupu “Zitti E Buoni” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 524 xal toplayıb.

“Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə isə üçüncü olub.

Azərbaycanlı ifaçı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə yarışmanı 20-ci sırada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: