Özbəkistanın “ishonch.uz” portalı qədim Şuşa haqqında özbək dilində məqalə yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, materialda Şuşanın tarixi, məhəllələri, küçələri, bulaqları haqqında məlumat verilir.
Bildirilir ki, Şuşa şəhəri Qarabağda orta əsr Azərbaycan mədəniyyətinin beşiklərindən biri olub. Bu şəhər əvvəllər Pənahabad, sonra Qala, daha sonralar isə Şuşa qalası adlanıb. XVIII əsrin 50-ci illərində Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı olub, Şuşada hətta “panabadi” adlanan pul da kəsilib.
Qeyd edilir ki, Şuşada 17 məhəllə olub, hər məhəllənin də öz adı...
Şuşada yaşayan böyük şair Molla Pənah Vaqif “Saatlı” məhəlləsi salıb, orada məktəb açıb və həmin məktəbdə uşaqlara dərs deyib. Məqalədə bu qədim şəhərin 1992-ci il mayın 8-də Ermənistan tərəfindən işğal olunduğu bildirilir.
Yazıda vurğulanır ki, Şuşa 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində ötən il noyabrın 8-də işğaldan azad edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev bu qədim şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Şuşada geniş quruculuq işlərinə başlanıb, şəhərin tarixi görkəmi bərpa edilir, qədim Şuşanın yeni tarixi yazılır.
Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.