Uşaq və gənclər arasında muxtar respublika üzrə ifaçılıq müsabiqəsi davam edir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müsabiqədə Naxçıvan Musiqi Kollecinin və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan istedadlı uşaq və gənclər iştirak edirlər.     

Müsabiqə muxtar respublikada musiqi sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunub. Üç yaş qrupu - 8-11, 12-15 və 16-19 yaşları arasında olmaqla tar, kamança, qanun, saz, balaban, qarmon, fortepiano, skripka, klarnet, truba, fleyta ixtisasları üzrə keçirilən müsabiqəyə 300 nəfərə yaxın iştirakçı qatılıb.

Çıxışlardan sonra start verilən müsabiqədə fortepiano ixtisası üzrə 8-11 yaşları arasında iştirakçıların ifasında Azərbaycan və dünya klassiklərinin əsərləri təqdim edilib.

Qeyd edək ki, bu gün skripka ixtisası üzrə I, III, fleyta ixtisası üzrə isə  II və III yaş qrupları arasında da müsabiqə keçirilib. Muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən gizli səsvermə yolu ilə seçilən qaliblər yekun tədbirində mükafatlandırılacaq.

Müsabiqə iyunun  9-na qədər davam edəcək.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: