Ukraynanın daha bir böyük şəhəri Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bununla bağlı Azərbaycanın Ukraynada Səfirliyi ilə Xarkov Şəhər Şurası arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov imzalayıblar.