Yeni fotoalbomun yaradıcı heyəti Naxçıvandan xoş təəssüratlarla ayrılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı Media Mərkəzinin fotoqrafı Zaur Mirzəyev Naxçıvana ikinci dəfə gəldiyini deyib. O bildirib ki, hər dəfəsində özümü, sanki ilk dəfə gəlirmiş kimi hiss edirəm. Çünki burada görmədiyim, bilmədiyim, araşdırmadığım yerlər çoxdur. İlk və budəfəki səfərim də “Azərbaycan kitabı”nın çəkilişləri ilə bağlı idi. Bakı Media Mərkəzi olaraq bir neçə ildir ki, başqa həmkarlarımla birlikdə bu layihə üzərində işləyirik. Pandemiya layihənin gedişatına bir az təsir etsə də, işimiz davam edir. Görüləcək, çəkiləcək yerlər hələ çoxdur. Nəticədə, Azərbaycanın mədəniyyətini, təbiətini, tarixini və müasirliyini əks etdirən bir kitab ərsəyə gələcək. Bu da ölkəmizin daha çox tanınmasında bir təkan rolu oynayacaq.

Naxçıvanla bağlı təəssüratlarım barədə deyə bilərəm ki, həmişə daha da müsbətə doğru dəyişir. İlk növbədə, burada insanların qonaqpərvərliyini, səmimiliyini qeyd edərdim. Və əlbəttə ki, təbiəti adamı valeh edir. Bu bölgənin bütün rayonlarında olmuşam. Hər dağı, hər daşı tarixdir. Əvvəlki səfərimdə, əsasən, tarixi məkanlarda çəkilişlər oldu. Tarixi yerlərin, demək olar, hamısında. Bu dəfə isə Batabat, Araz çayı sahili, Haçadağ, Göy göl, Pəzməri şəlaləsi, Duzdağ və digər yerlərdə çəkilişlər apardıq, Naxçıvanın təbiətini, mətbəxini çəkməyə çox zaman ayırdım. Mətbəx demişkən nədənsə Naxçıvanda yediyim hər yemək daha dadlı gəlir mənə, nəinki başqa bölgələrdə. Burada məni cəlb edən xüsusiyyətlər çoxdur. Əsasən, təbiətin qorunmasına ayrılan diqqəti qeyd edərdim. Bu, çox möhtəşəmdir. Təbiətə doğru hərəkət etdikcə vəhşi heyvanları görmək mümkündür. Bir sözlə, bura bir fotoqraf üçün cənnətdir.

                                                                          Güntac Şahməmmədli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: