Özbəkistanda Türk Şurası turizm nazirlərinin VI iclasında ölkəmiz də təmsil olunacaq

A- A A+

İyunun 23-24-də Özbəkistanın Fərqanə vilayətinin Kokand şəhərində Türk Şurası turizm nazirlərinin VI iclası keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi Özbəkistan Turizm və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qazaxıstanın mədəniyyət və idman naziri Aktoti Raimkulova, Qırğızıstan Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov və Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirdə pandemiyadan sonra bu ölkələrdə turizm sahəsinin bərpa olunması, “Ziyarət turizmi” layihəsinin fəaliyyətə başlaması, üzv ölkələrin böyük şəhərləri arasında beynəlxalq aviasiya reyslərinin bərpası və bu istiqamətdə digər məsələlər müzakirə ediləcək.

İclas çərçivəsində xarici qonaqlar Fərqanə vilayətinin turizm sahələri, “Ziyarət turizmi”nin imkanları, ekoturizm, vilayətin qastronomik potensialı ilə də tanış olacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: