“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində növbəti plener Milli Qurtuluş Gününə həsr olunacaq

A- A A+

Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə iyunun 15-də “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün növbəti plener keçiriləcək.

Xətai Sənət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, plener 15 iyun-Milli Qurtuluş Gününə həsr olunacaq.

Plenerdə - açıq havada şəkil çəkmək üçün “Yurdumuza bahar gəlir” adlı uşaq yaradıcılıq müsabiqəsində fərqlənən uşaqlardan başqa bir qrupu dəvət olunub.

Plener Xətai Sənət Mərkəzinin qarşısında təşkil ediləcək.

Xatırladaq ki, festival çərçivəsində keçirilən plenerlər “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan festival rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq, həmçinin şəhər sakinləri və şəhərimizin qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət etməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: