Naxçıvanda sağlamlıq imkanları məhdud yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Ağbulaq İstrahət Mərkəzində reallaşan müsabiqənin sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlıların müəyyən edilməsi və bacarıqlarını təkmilləşdirmələri üçün onlara şərait yaradılması məqsədilə keçirilib.

Müsabiqədə istifadə olunması məqsədilə iştirakçıların hər birinə lazımi ləvazimatlar təqdim olunub. Öncədən məlumat verildiyi kimi, onlar “Ağbulaq kəndinin mənzərəsi” və ya sərbəst mövzuda rəsm çəkmək imkanına sahib olublar. Sonda həmin rəsm nümunələrinin sərgisi təşkil olunub və qaliblər müəyyənləşib. 

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Məmməd Məmmədli və Aysu Zeynalova birinci yerə layiq görülüblər. Gülay Zeynalova, Fərid Qafarlı və Pünhan Səfərov ikinci olublar. Ərkan Əsgərov, Elnurə Quliyeva və Mikayıl Məmmədov isə üçüncü sırada qərarlaşıblar. 

Qaliblər, həmçinin həvəsləndirici yer tutan iştirakçılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, müsabiqə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən birgə təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: