“Fulya” filminin çəkilişlərinə başlanılıb - FOTOLAR
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” filminin çəkilişlərinə başlanıb.
Kinostudiyadan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, film Vətən müharibəsi dövründə müharibənin acı və dağıdıcı həqiqətlərini dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün keçdiyi şərəfli yolu onun ifadəsində ən xüsusi kadrlarla yenidən əks etdirəcək.
Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, operatoru Cengizhan Durmaz, prodüserləri Fariz Əhmədov və Özcan Dadadır. Çəkilişlər Gəncə, Tərtər və Şuşada aparılacaq.
Film Mədəniyyət Nazirliyinin sifarişi ilə ekranlaşdırılır.