Hərbçilər “Qarabağ şikəstəsi” tamaşasını izləyib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon Mədəniyyət Sarayında 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Şahbuz rayonunda yerləşən hərbi hissənin şəxsi heyəti üçün “Qarabağ şikəstəsi” tamaşası nümayiş olunub.

Ssenari müəllifi Azərbaycan Respublikasının əməkdar aristi Tofiq Seyidov olan tamaşada rayonun Güney Qışlaq kəndinin 1-ci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan qəhrəman övladı Vaqif Əhmədovdan bəhs olunur. O dövrdə Bakı Dövlət Universitetinin Mədəniyyət və İncəsənət fakültəsində təhsil alan Vaqif Əhmədov müharibə başlayan kimi  Qarabağa yollanır, özünü vətən uğrunda odlu-alovlu səngərə atır. Tamaşanın süjet xəttini Vaqifin hərbçi yoldaşları ilə birlikdə müharibədə bir sıra hərbi əməliyyatların hazırlanmasında və yüksəkliklərin alınmasında fəal iştirakları, göstərdikləri qəhrəmanlıqlar təşkil edir.

Şahbuz Rayon Xalq Teatrı tərəfindən hazırlanan tamaşanın quruluşçu rejissoru Namiq Mehdiyev, rəssamı Səxavət Paşayev, musiqi tərtibatçısı Mübariz Əliyevdir.

Novruz Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: