Mədəniyyət Nazirliyinin 2016-cı ildən reallaşdırdığı “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.
Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, bu günlərdə layihə çərçivəsində görkəmli yazıçı, dramaturq Cəfər Cabbarlının “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Dilbər”, “Papaq”, “Gülər” və “Firuzə” hekayələrindən ibarət kitab nəşr olunub.
Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap edilən kitab türkiyəli oxucuların marağına səbəb olub.