Bəstəkarlar Təşkilatına yeni üzvlər qəbul edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatında gənc bəstəkarların  təşkilata üzv qəbul olunması münasibətilə tədbir keçirilib.

Tədbirdə Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov “Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının fəaliyyəti” mövzusunda çıxış edərək bildirib ki, təşkilat muxtar respublikanın musiqi mədəniyyətinin inkişafı və zənginləşdirilməsində uğurlu fəaliyyət göstərir. Təşkilat üçün yüksək iş şəraitinin yaradılması və göstərilən dövlət qayğısı onların yaradıcılıq imkanlarını daha da genişləndirir, yeni əsərlər yaratmağa ruhlandırır. Yaşar Xəlilov gənc bəstəkarları təşkilata üzv qəbul olunması münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra təşkilata yeni üzv qəbul edilən musiqişünas Rumiyyə Məmmədovaya, gənc bəstəkarlar Polad Vəli və Hakim Məmmədova  üzvlük vəsiqələri təqdim olunub.

Həmçinin tədbirdə gənc bəstəkar Hakim Məmmədova  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli  adına Bakı Musiqi Akademiyasının təşkil etdiyi “Nizami Romans” Respublika Müsabiqə festivalında iştirakı münasibətilə fəxri fərman təqdim edilib. 

Sonra Bəstəkarlar Təşkilatının üzvü Fəridə Ağayevanın fortepianonun müşayiəti ilə ifa üçün vətənpərvərlik və uşaq mahnılarından ibarət “Musiqi aləmi” kitabının təqdimatı olub. Gənc bəstəkarlar kitabda yer alan bir neçə əsəri ifa ediblər.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: