Pyerfitdə fotojurnalist Reza Deqatinin sərgisi açılıb - FOTOLAR
“Renessans” koronavirus bəlasından sonra bəşəriyyətin yenidən dirçəldiyini göstərir. Gəzdiyim ölkələrdə yeni gənc nəslin nümayəndələrini görürəm. 30 il əvvəl doğma yurdundan didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin övladları ilə rastlaşmışam. Onlar bəşəriyyətin yeni nəslini formalaşdırırlar, onların ən yaxşı dünya yaratmaq istəklərini görürəm. Mənim fikrimcə bu, renessansdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri tanınmış fotojurnalist Reza Deqati Pyerfitt şəhərində “Renessans” (Renaissance) adlı sərgisinin açılışında söyləyib.
Fotoqraf bildirib ki, ötən ilin oktyabrından bu günə qədər Azərbaycanın Qarabağ regionunda olub. 30 il əvvəl erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan əraziləri 2020-ci ilin noyabrında azad olunub. 30 il əvvəl və sonra bu regionda təbiətin yenidən necə dirçəldiyinin şahidi olduğunu və bunu renessans hesab etdiyini diqqətə çatdırıb. “Daha çox çətinliklərlə üzləşəndə, yeni daha gözəl dünya qurmaq iradəsinin şahidi oldum”, - deyə R.Deqati bildirib. Sərginin yerli sakinlərlə birlikdə yeni layihələr həyata keçirilməsinə, eləcə də dünyanın digər ölkələrinin tanınmasına töhfə verəcəyinə inamını ifadə edib.
Reza Deqatinin sərgisinin açılışında bu şəhərdə və qonşu şəhərlərdən olan fransız rəsmiləri, Pyerfittenin meri və meriyanın əməkdaşları, yerli sakinlər iştirak ediblər.
Pyerfittdə açılmış Reza Deqatinin “Renessans” sərgisi gələn ilin yanvar ayınadək davam edəcək.