NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Uşaq Teatrının kollektivi Babək rayonun Gərməçataq kəndində balaca tamaşaçıların qonağı olub.
Kollektiv balaca tamaşaçılara Tofiq Seyidovun “Bizə dovşan və meşəbəyi lazımdır” iki şəkilli alleqorik pyesini təqdim edib. Maraqla qarşılanan tamaşanın quruluşçu rejissoru Nurbəniz Niftəliyeva, musiqi tərtibatçısı Mirsaleh Seyidov, rəssamı Həbib Allahverdiyevdir. Alleqorik tamaşada rolları Uğur Nəsirli, Vəli Babayev, Heyran Abdullayeva və digərləri ifa edir.
Tükəzban Cəfərova
NTV xəbər