TRT əməkdaşının Azərbaycan publisistikası ilə bağlı əsəri Ankarada nəşr olunub

A- A A+

TRT-nin “Türkiyənin səsi” radiosunun əməkdaşı – aparıcı və tərcüməçi Sevda Mirzənin “1985-1997-ci illərdə Azərbaycan publisistikasının inkişaf meyilləri” əsəri Ankarada nəşr olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən nəşr olunan əsər Türkiyənin məşhur “BENGÜ” yayın evi tərəfindən oxuculara təqdim olunub.

Əsər 1985-1997-ci illər Azərbaycan publisistikası zamanını real, ən düzgün, ört-basdırsız olduğu kimi, səmimi və salnamələr şəklində əks etdirərək dövrün media mənzərəsini yaradıb. Bu dövrün publisistikasında, başda Birinci Qarabağ müharibəsi olmaqla vəziyyətdən doğan güclü vətəndaş mövqeyi və mövzu zənginliyi vardır, hisslər və sözlər həm ağıl, həm emosiya, həm də pafosla ifadə olunur.

Müəllif “Azərbaycan mətbuatına kiçik töhfə” adlandırdığı bu kitabla bağlı fikirlərini belə bölüşür: “XX əsrin 90-cı illərində, demək olar ki, Azərbaycanın bütün yazıçı, şair, jurnalist və politoloqları hadisələri təhlil edən yazılarla çıxış edirdilər. Heç kim baş verənlərə laqeyd qala bilmirdi.

Sözügedən kitabda kütləvi informasiya vasitələrinin (KİV) bütün sahələrində - qəzet, jurnal, radio və televiziyada publisist çıxışları ilə yaddaşlarda dərin izlər buraxan adların kiçik bir hissəsi yer alır. Bu tədqiqat əsəri dövrün publisistikasının ümumi mənzərəsini göz önünə gətirir.

1985-1997-ci illərin ən fəal, ən oxunaqlı və əllərdə gəzən qəzet və jurnalları əsasında işlənən bu monoqrafiya kiçik fəsillərə ayrılır.

Qeyd edək ki, “1985-1997-ci illərdə Azərbaycan publisistikasının inkişaf meyilləri” kitabı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin məzunu olmuş Sevda Mirzənin magistr diplom müdafiəsi elmi işidir. Elmi rəhbəri professor və şair, mərhum Famil Mehdi (1934-2003) olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: