Barselona 2026-cı ildə dünyanın memarlıq paytaxtı olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ad UNESCO tərəfindən müəyyən edilir. Barselona “Bu gün də yeganə, sabah da” davamlı şəhər mühiti layihəsi ilə bu ada layiq görülüb.
Beləliklə, beş ildən sonra Kataloniya paytaxtında Beynəlxalq Memarlar İttifaqının Ümumdünya Konqresi keçiriləcək. Bu beş il ərzində Barselonada bir neçə böyük memarlıq hadisəsi baş verəcək: Müqəddəs Ailə məbədinin inşası tamamlanacaq və İspaniya Memarlıq və Şəhərsalma biennalesi keçiriləcək.