Bu gün Cəmşid Naxçıvanskinin anadan olmasının 126-cı ildönümüdür

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün görkəmli hərb xadimi, Azərbaycan ilk milli atıcı diviziyasının komandiri olmuş general Cəmşid Naxçıvanskinin anadan olmasından  126  il ötür. Bu münasibətlə görkəmli hərb xadiminin muzeyində tədbir keçirilib.

Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyev generalın həyat və yaradıcılığından danışıb. Qeyd edib ki,  Azərbaycanın hərb tarixində görkəmli rol oynamış belə sərkərdələrdən biri də milli hərb tariximizə 6 general bəxş etmiş Kəngərlilər nəslinin sonuncu generalı Cəmşid xan Naxçıvanskidir. Həyatının məqsədini Vətənə xidmətdə görən Cəmşid Naxçıvanski hərb tariximizdə ilk milli atıcı diviziyanı yaradıb və ona komandanlıq edib. Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsində iştirak etməsi, 1920-ci ilin əvvəllərində Dağlıq Qarabağda azərbaycanlı əhaliyə amansız divan tutan erməni quldur dəstələrinin onun komandanlıq etdiyi alay tərəfindən darmadağın edilməsi və qısa müddətdə orada əmin-amanlıq yaratması Cəmşid Naxçıvanskinin şöhrətini daha da artırıb.

Bildirilib ki, Cəmşid Naxçıvanskiyə dövlət səviyyəsində əsl qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəb, Naxçıvan şəhərində isə Cəmşid Naxçıvanski Muzeyi  yaradılıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin müvafiq Sərəncamları ilə 2015-ci ildə görkəmli sərkərdənin 120 illik yubileyi ölkəmizdə,o cümlədən Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilib.

Sonra muzeyin ekspozisiyasına baxış olub.

 

Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: