NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əməkdar jurnalist, şair, yazıçı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcovun yaradıcılığına həsr olumuş “Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri” monoqrafiyasının müəllifi filologiya elmləri doktoru Salidə Şərifovadır.
Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 9 dekabr 2002-ci il tarixli iclasının qərarı ilə çapa tövsiyə olunub. Kitabda Fərəc Fərəcovun həyatı, bədii və elmi publisistikası, qələmə aldığı nəzm və nəsr əsərlərinin problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri geniş təhlil olunaraq oxuculara təqdim olunub.
“Qanun” nəşriyyatında çap olunan monoqrafiyanın elmi məsləhətçisi və ön söz müəllifi akademik İsa Həbibbəyli, rəyçisi AMEA-nın müxbir üzvü Tehran Mustafayev, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir.