Meksikanın müstəqilliyinin 200 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan mətbəxi təqdim olunub - FOTOLAR

A- A A+

Meksikanın müstəqilliyinin 200 illik yubileyi ilə əlaqədar paytaxt Mexikonun ən mötəbər ərazisində yerləşən “Presidente Intercontinental” mehmanxanasında UNESCO ilə əməkdaşlıq edən “Hypatia” klubu, Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin, “Presidente Intercontinental” mehmanxanasının və Meksikanın “Xocolatl” şokolad fabrikinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Səfirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə Meksikanın müstəqilliyini simvolizə edən, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş “Chile en nogada” yeməyi ilə yanaşı, tədbirdə xüsusi qonaq qismində iştirak edən Azərbaycanın milli mətbəx nümunəsi olan yarpaq dolması “Chapulin” restoranının baş aşpazı tərəfindən hazırlanaraq qonaqlara təqdim olunub.

Tədbirdə çıxış edən səfir M.Talıbov Azərbaycanla Meksika arasındakı əlaqələrin önəmindən bəhs edib, ölkəmizin mədəniyyəti, ənənələri, turizm potensialı və milli mətbəxi barədə məlumat verib. Həmçinin Meksika milli mətbəxinin nümunəsi “Chile en nogada” ilə bənzərliyi olan dolmanın Azərbaycanda bir neçə növü olduğunu qeyd edib.

Tədbirdə Azərbaycanın mədəniyyətini özündə əks etdirən müxtəlif nümunələrdən ibarət guşə yaradılıb, qonaqlara ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar paylanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: