Akademik: Molla Pənah Vaqifin Şuşada ucaldılan məqbərəsi azərbaycanlıların bu diyarda əbədi yaşayacaqlarının rəmzidir

A- A A+

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə keçən əsrin 80-ci illərində çoxmillətli tərkibə malik Dağlıq Qarabağda, ölkəmizin qədim mədəniyyət mərkəzi Şuşada Molla Pənah Vaqifin abidəsi bir azərbaycançılıq abidəsi kimi ucaldılmışdı. Molla Pənah Vaqifin ermənilər tərəfindən dağıdılmış məqbərəsi Prezident İlham Əliyevin göstərişi ilə əsaslı şəkildə yenidən qurularaq ucaldılarkən bura bir daha Azərbaycan möhürü vuruldu. Bu gün Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi Qarabağda möhtəşəm bir Azərbaycan möhürüdür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Vaqif Poeziya Günləri çərçivəsində jurnalistlərə müsahibəsində bildirib. Akademik deyib: “Molla Pənah Vaqifin poeziyası əbədi olduğu kimi, Şuşa şəhərində ucaldılan bu muzey-məqbərə də azərbaycanlıların bundan sonra bu diyarda əbədi olaraq yaşayacaqlarının rəmzidir. Üzeyir Hacıbəylinin, xan qızı Natəvanın, Bülbülün ermənilər tərəfindən güllələnmiş abidələrinin Prezidentin böyük səyləri ilə Şuşa şəhərində yenidən ucaldılması Azərbaycan xalqının məğlubedilməzliyinin rəmzidir. Bütün bunlar hamısı XXI əsrin əfsanəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsi və Molla Pənah Vaqifin abidəsinin ucaldılması əfsanələri həyata keçirməyin mümkünlüyünü isbat etdi”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: