“Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” adlı kitab çapdan çıxıb

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin ev-muzeyinin Elmi Şurasının qərarı ilə “Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” adlı kitab nəşr olunub.

AMEA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, peşəkar musiqiçilər, folklorşünaslar, etnoqraflar, ədəbiyyatşünaslar, geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın tərtibçisi və ön sözünün müəllifi muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

Kitaba Qarabağ xanəndələrinin ifa etdiyi Azərbaycan klassik musiqi mətnləri, Cabbar Qaryağdıoğlu və Süleyman Mansurovun Qarabağın musiqi keçmişinə dair xatirələri, onların repertuarına daxil olan, Qarabağ toylarında ifa edilən mahnılar, rəqs havaları haqqında toplanmış materiallar və Ərtoğrol Cavidin bunlara dair elmi araşdırmaları daxil edilib.

Kitab Ərtoğrol Cavidin AMEA-nın Hüseyn Cavidin ev-muzeyində saxlanılan şəxsi arxiv materialları əsasında hazırlanıb və “Qarabağ Azərbaycandır!” devizi altında nəşr olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: