Naxçıvan şəhərində konsert təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında Naxçıvan şəhərinin Saat meydanında növbəti konsert proqramı  təşkil olunub. Şənbə günü təşkil edilən konsertdə Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Tural Bağırov, Zülfiqar Mahmudov, Hünər Əliyev və Xatirə Səfərovanın ifa etdikləri “Gözəlləmə”, “Pəri”, “Azərbaycanım mənim”, “Bülbül” və başqa şən, lirik mahnılar sakinlərdə xoş ovqat yaradıb. Bir saatdan artıq davam edən konserti Naxçıvan şəhər sakinləri və qonaqlar izləyiblər. Konsertdə ifa edilən mahnıları Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs ansamblının üzvləri müşayiət ediblər. Tamaşaçılar kollektivin ifa etdiyi digər  musiqi nömrələrini alqışlarla qarşılayıblar.

Qeyd edək ki, şənbə konsertləri yay fəslinin sonuna qədər davam edəcək.

                                                                                   Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: