“Camping Azerbaijan” Naxçıvanda turizm səyahətinə başlayıb - VİDEO

258

“Camping Azerbaijan” turizm şirkətinin əməkdaşları muxtar respublikaya ekoturların təşkili məqsədilə tədbirlərə start verib.

Muxtar respublikanın bu sahədə turizm potensialı nəzərə alınaraq “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Camping Azerbaijan” turizm şirkətinin əməkdaşları Naxçıvana dəvət olunub. Şirkət əməkdaşları 10 günə yaxın müddətdə Şahbuz, Ordubad, Şərur və Culfa rayonlarının turizm imkanlarını araşdıracaq, fotolar və videolar vasitəsilə yerli və xarici turistləri bu bölgələrə turlara təşviq edəcək.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: