NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, yeni növ koronavirusa (COVID-19) yoluxan müğənni Səyyad Əlizadə vəfat edib.
Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət öncə Mərkəzi Gömrük hospitalına yerləşdirilmiş və EKMO cihazına qoşulmuşdu. Mərkəzi Gömrük Hospitalında S.Əlizadə süni komaya salınmışdı. Sənətçinin ağciyərinin 80 faizinin buzlaşdığı bildirilirdi.
Allah rəhmət eləsin!