Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrı 136-cı teatr mövsümünə hazırlaşır.
NUHÇIXAN xəbər verir ki, kollektiv yeni mövsümdə tamaşaçıların görüşünə görkəmli dramaturq Hüseyn Cavidin “Xəyyam” faciəsi ilə gələcək. Hazırda əsərin səhnə məşqləri gedir. Tamaşasının quruluşçu rejissoru əməkdar artist Tofiq Seyidov, quruluşçu rəssamı, xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı isə Natəvan Qədimovadır.
Tamaşada teatrın əksər aktyorları iştirak edir. Gənclərin əsas rollarda ifasına xüsusi diqqət göstərilib.
Tamaşa Hüseyn Cavidin anadan olmasının 136-cı ildönümü münasibətilə hazırlanır.
Nuray Nəzərova